“Karantinin ilk üç günü kardon yeyir, divarı dişləməyə çalışırdım”

“Karantinin ilk üç günü kardon yeyir, divarı dişləməyə çalışırdım”

İtaliyanın "Berşiya" futbol klubunun hücumçusu Mario Balotelli karantində vaxtının necə keçirdiyi barədə danışıb.

“İndi mənə top versələr, ilk toxunuşda ona sahib çıxa bilməyəcəm. Artıq iki aydır topla məşğul olmuram. Son bir neçə həftə ağlımı itirmək üzrə olurdum. Belə ki, evdə tamamilə tək idim. Qızım Neapolda, oğlum isə Sürixdədir. Yaşlı anamın özünə isə xüsusi qayğı tələb olunur. Bundan əlavə qardaşlarım da karantini övladlar ilə birgə öz evlərində keçirirlər. Bir sözlə, karantində tək qalmışam. Bu çox çətindir. Qaçış zolağı olmadığı halda, normal məşq etmək mümkün deyil. Buna icazə verilməsə də, etiraf edim ki, bir az qaçmaq üçün evin yaxınlığındaki parka çıxırdım. Karantinin ilk üç günü kardon yeyir, divarı dişləməyə çalışırdım. Çünki yemək bişirməyi bacarmıram. Lakin xoşbəxtlikdən mən evə yemək sifariş verməyə müvəffəq oldum”,​ - deyə M.Balotelli bildirib.