Futbol hakimləri testdən keçdilər

Futbol hakimləri testdən keçdilər

AFFA-nın təşkilatçılığı ilə Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər üçün koronavirus testi keçirilib.

 

Hakimlərdən qan analizi götürülüb və temperaturları yoxlanılıb. Hakimlərlə yanaşı, Hakimlər Komitəsinin əməkdaşlarından da test götürülüb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. 2019/2020 mövsümünün mayın sonu, ən geci iyunun əvvəli bərpası nəzərdə tutulub.