Avropa çempionatında rapid mübarizə başlayır

Avropa çempionatında rapid mübarizə başlayır

 

 

Bu gün rapid üzrə onlayn Avropa çempionatı start götürəcək.

49 ölkədən 4 mindən çox şahmatçının iştirak edəcəyi​ yarışda Azərbaycan 100-dən artıq şahmatçı ilə təmsil olunacaq.

Qitə çempionatı A, B, C, D, E qrupları üzrə keçirilir. Yarışın ən güclü E qrupunda reytinqi 2300-dən yuxarı olan 278 şahmatçı iştirak edir ki, onlardan da 140-ı qrossmeysterdir. Həmin qrupda 11 şahmatçımız mübarizə aparır.