ÇL: oyunlarının vaxtı dəqiqləşdi

ÇL: oyunlarının vaxtı dəqiqləşdi

Çempionlar Liqasında 2019/2020 mövsümünün bərpa tarixi dəqiqləşib. 1/8 final mərhələsinin cavab oyunlarına avqustun 7-də start veriləcək.

İlk oyun günündə "Mançester Siti" - "Real " (ilk oyun -​ 2:1) və "Yuventus" - "Lion" (ilk oyun - 0:1) matçları keçiriləcəyi bildirilib. "Barselona" - "Napoli" (ilk oyun 1:1)​ və "Bavariya"​ - "Çelsi" (ilk oyun -3:0)​ qarşılaşmalarının isə avqustun 8-də olacağı qeyd olunub.

Qeyd edək ki, UEFA koronavirus pandemiyasına görə avrokubok oyunlarını martın 13-də dayandırıb.