Pekin Olimpiya Oyunlarının çempionu cüdoçu Elnur Məmmədli (81 kq) bu il avqustun sonunda Rio-de-Janeyroda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. Azərbaycan cüdoçusu həmin yarışlara əzmlə hazırlaşsa da, bu yaxınlarda keçirilmiş təlim-məşq toplantılarında ayağından zədələnib.
İdmançımız yarışlara qədər ayağından aldığı zədəni bərpa edə bilmədiyindən ilin əsas yarışına qatılmayacaq. Qeyd edək ki, cüdo üzrə yığmamız iyulun 24-31-də Soçidə keçiriləcək təlim-məşq toplantılarında iştirak edəcək. Buyaxınlarda Moskvada keçirilən "Böyük dəbilqə” turnirində iştirak edən Azərbaycan yığması Rusiya paytaxtında qalaraq məşqlərdə iştirak edib, sonra isə birbaşa Soçiyə yola düşüb. Xatırladaq ki, yığmamızın üzvü İlqar Müşkiyev (60 kq) "Böyük dəbilqə” turnirində bürünc medal qazanmışdı.