Təhqir olunmuş heykəlin yeri dəyişdirilir

Təhqir olunmuş heykəlin yeri dəyişdirilir

"Milan"ın hücumçusu Zlatan İbrahimoviçin Malmö şəhərindəki heykəlinin yeri dəyişdiriləcək.

Heykəlin köçürülməsinə səbəb, onun bir neçə dəfə vandalizmə məruz qalmasıdır. Malmö bələdiyyəsi heykəlin yerinin dəyişdirilməsi üçün "Malmö" klubunun icraçı direktoru Niklas Karlnenlə müzakirəyə başlayıb.

İbrahimoviçin keçmiş klubu "Malmö"nün stadionu yaxınlığındakı heykəli 5 dəfə vandalizmə məruz qalıb. Buna səbəb, İbrahimoviçin İsveçin digər klubu "Hammarby"nin səhmlərinin bir hissəsini alması olub.