Pikeni türk futbolçu ilə əvəz edəcəklər

Pikeni türk futbolçu ilə əvəz edəcəklər

İspaniyanın "Barselona" klubunun rəhbərliyi​ müdafiəçisi Jerar Pikenin yerinə indidən əvəzləyici axtarışındadır. Katalon klubu uzun müddətlik axtarışdan sonra "Lester Siti"nin türkiyəli futbolçusu Çağlar Söyüncünün üzərində dayanıblar. İngiltərə klubu bu transferin qarşılığında qarşı tərəfdən 55 milyon avro tələb edir. Çağlar Söyüncünün keçmiş agenti Mustafa Doğru transfer məsələsi ilə bağlı bunları deyib: "O, Türkiyədə çıxış etdiyi zaman "Barselona"ya transfer ola bilərdi. "Barça" ilə danışıqlar aparırdıq. Amma düşündük ki, o, daha çox oyun şansı əldə edəcəyi bir klubda olmalıdır. Sonda biz "Frayburq"a yollanmalı olduq".