Ağır çəkidə keçmiş mütləq dünya çempionu Mayk Tayson həbsxanada olarkən kamera yoldaşına necə yumruq atmasını xatırlayıb. “Həbsxanada mənim yalnız bir dəfə mübahisəm düşüb. Xatırlayıram ki, kimsə nəsə dedi və bu məni çox qıcıqlandırdı. Ona yaxınlaşdım və yumruq atdım. Biz uzun müddət idi ki, bir kamerada idik. Həmin vaxt mən çox qəzəbli idim. İdman zalına getmək mümkünsüz olduğu üçün özümü çox kefsiz və çarəsiz hiss edirdim”,- deyə M.Tayson deyib.
Qeyd edək ki, Mayk Taysonun üç məhkumluğu var. İlk dəfə o, üç il, ikinci dəfə 3,5 ay və 2008-ci ildə isə bir sutka həbsxanada qalıb.