"Bayer" "musiqiçilər"i məyus etdi

"Bayer" "musiqiçilər"i məyus etdi

Almaniya Bundesliqasında 26 - cı turun son oyunu keçirilib. Bremen​ "Verder"i doğma azarkeşləri önündə Leverkusen "Bayer"ni qəbul edib. Qarşılaşmada ilk qolu qonaq komanda vurub. Havertz 28-ci dəqiqədə rəqib qapısına​ yol tapıb 0:1. Bu qoldan iki dəqiqə sonra "musiqiçilər"​ hesabı bərabərləşdirib. Selassie azarkeşlərini sevindirib - 1:1. 33 - cü dəqiqədə Havertz yenidən diqqət mərkəzinə düşüb -​ 1:2. İlk hissə bu hesabla da yekunlaşıb. Vayzer fasilədən sonra komandasının üstünlüyünü üç topa çatdırıb -​ 1:3. Oyunda son qolu 78 - ci dəqiqədə Demirbay vurub -​ 1:4.

 

Qeyd edək ki, bu turdan sonra aktivində​ 58 xal olan "Bavariya" turnir cədvəlinə başcılıq edir. Liderdən 4​ xal geri qalan Dortmund "Borussiya"ı ikinci pillədədir.​ Münhenqladbax "Borussiya"sı​ 52 xalla ilk üçlüyü tamamlayır.

 

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Qasım Xuluflu