Bu gün hazırkı dünya çempionu Maqnus Karlsenin və dünyanın 11 ən yaxşı şahmatçısının iştirakı ilə “Lindores Abbey Rapid Challange” onlayn rapid turniri start götürəcək. Bu, M.Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin ikinci mərhələsidir. İyunun 3-dək davam edəcək yarışın mükafat fondu 300 min ABŞ dollarıdır.
Bundan əvvəl, dünya çempionunun dəvəti ilə şahmatçılar mükafat fondu 250 min ABŞ dolları olan “Magnus Carlsen Invitational” turnirində güclərini sınamışdılar. Aprelin 18-dən mayın 3-dək keçirilən turnirin finalında amerikalı Hikaru Nakamuranı məğlub edən norveçli dünya çempionu qalib olub.
Seriyanın üçüncü mərhələsi - “Online Chess Masters” iyunun 20-dən iyulun 5-dək, dördüncü mərhələsi (Legends of Chess) iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək.
Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək.
Beş yarışdan ibarət seriya turnirinin ümumi mükafat fondu bir milyon ABŞ dollarıdır.