Yunanıstan Super Liqasında canlanma

Yunanıstan Super Liqasında canlanma

Futbol üzrə Yunanıstan Super Liqası ilə bağlı qərar verilib.

Çempionatın davam etdirilməsi qərara alınıb. Yarışın iyunun 6-da bərpa olunacağı planlaşdırılır. Mövsümə iyulun 19-da yekun vurulacaq və matçlar azarkeşsiz keçiriləcək.

Qeyd edək ki, Yunanıstan çempionatı 26-cı turun oyunlarından sonra dayandırılmışdı. Hesabında 66 xal olan “Olimpiakos” turnir cədvəlində birinci pillədə yer alıb. İlk üçlüyü PAOK (59 xal) və AEK (51) komandaları tamamlayırlar.

A Seriyasının azarkeşlərinə bəd xəbər

İtaliyada koronavirus səbəbindən idman yarışlarına qoyulan qadağa iyulun 14-nə kimi uzadılıb. Bununla bağlı İtaliyanın baş naziri Cüzeppe Konte müvafiq sərəncam imzalayıb. Pandemiyaya ilə bağlı vəziyyət yaxşılışacağı təqdirdə, bu məsələyə yenidən baxıla biləcəyi qeyd olunub.

Beləliklə, A Seriyası planlaşdırıldığı kimi iyunun 13-ə bərpa olunmayacaq. Çempionatın iyunun 20-i yenidən başlayacağı gözlənilir.