Kazan 2024-cü ildə keçiriləcək yay Olimpiya oyunlarına ev sahibliyi edə bilər. Bu barədə Kazan şəhərinin meri İlsur Metşin buyaxınlarda başa çatmış Tələbələrin 27-ci Yay Universiadasının bağlanış mərasimi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
"Bu məsələ bu gün çox müzakirə olunur. İdeya var və onu tətbiq etmək lazımdır. Öncə əhali ilə razılığa gəlməliyik. Hər şeyi zaman göstərəcək. Bununla bağlı şəhər əhalisi arasında sorğu keçirmək istəyirik. Əgər məsələ müsbət həll edilsə, bu, irəliyə doğru atılmış bir addım olacaq”, - deyə Kazan şəhərinin meri vurğulayıb.