Rusiya klubunda növbəti koronavirus xəbəri

Rusiya klubunda növbəti koronavirus xəbəri

​Rusiyanın "Dinamo" (Moskva) klubunun 3 futbolçusu koronavirusa yoluxub.

Paytaxt komandasından qapıçı David Sanqare, müdafiəçi Roman Yevgenyev və hücumçu Silvestr İqbunun testi müsbət nəticələnib. Bundan başqa klubun məşqçisi Dmitri İzotov və tibbi heyətin rəhbəri Aleksey Pleskov da COVID-19 yoxlamasından keçə bilməyib. Daha əvvəl "Dinamo"da Direkorlar Şurasının sədri Yuri Solovyovda da koronavirus aşkarlanıb.

Komandanın mayın 21-nə planlaşdırılan məşqi qeyri-müəyyən müddətək təxirə salınıb.Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib.

Qeyd edək ki, daha əvvəl "Rubin"in yarımmüdafiəçisi Konstantin Pliyev və "Lokomotiv"in hücumçusu Cefferson Farfandan da koronavirus üzə çıxıb.