"Barselona"lı futbolçu "Qoca sinyora" ilə razılaşdı

"Barselona"lı futbolçu "Qoca sinyora" ilə razılaşdı

İspaniyanın “Barselona” klubunun futbolçusu Jan-Kler Todibo karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Müdafiəçi “Yuventus”a keçidi bu yay rəsmiləşə bilər.

O, artıq Turin təmsilçisinə keçidə razılıq verib. “Barselona” Todiboya 20 milyon avro qiymət qoyub. Lakin bu keçid Miralem Pyaniçin transferi çərçivəsində də reallaşa bilər.

Qeyd edək ki, Todibonu İngiltərə təmsilçisi “Everton” da heyətində görmək istəyir.