"Fənərbağça"da yeni baş məşqçi

"Fənərbağça"da yeni baş məşqçi

Türkiyənin “Fənərbağça” klubunun baş məşqçi postuna gətiriləcək mütəxəssis müəyyənləşib.

İstanbul təmsilçisi baş məşqçi vəzifəsini icra etməyi Dirk Kuyta tapşırmaq niyyətindədir.

Niderlandlı çalışdırıcı koronavirus pandemiyası üzündən dayandırılan mövsümün bərpasından sonra uğurlu nəticələr göstərsə, o, baş məşqçi kimi təsdiqlənəcək. Hazırda Kuyt vətənində “Feyenoord”un akademiyasının komandalarından birində çalışır. O, 2012-15-ci illərdə futbolçu kimi “Fənərbağça”nın şərəfini qoruyub.

Qeyd edək ki, 26 oyunda 40 xal toplayan istanbullular Super Liqanın turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.