Kavaninin "İnter"ə keçidi gözlənilir

Kavaninin "İnter"ə keçidi gözlənilir

Fransanın PSJ futbol klubunun uruqvaylı hücumçusu Edinson Kavani İtaliyanın "İnter" klubuna keçə bilər. Bunu jurnalist Canluka Di Martsio bildirib. Onun​ sözlərinə görə, uruqvaylı hücumçunun Paris təmsilçisi ilə müqaviləsi yayda bitir. Bildirilir​ ki, "İnter" daha əvvəl "Napoli"nin oyunçusu Dris Mertensi transfet etmək istəyirdi, amma o klubda qalmağı seçib.

 

Qeyd edək ki, 2019/20 mövsümündə E.Kavani PSJ-nin heyətində 22 oyun keçirib və 8 qol vurub.