Rusiya Prezidenti Vladimir Putin güləşin Olimpiya idman növü kimi proqramda qalacağını və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) əksər nümayəndələrinin bunda maraqlı olduqlarını deyib. Xatırladaq ki, bundan əvvəl güləş idman növünün Olimpiya proqramından çıxarılması barədə məlumat yayılmışdı.
"Mən çox istərdim ki, güləş Olimpiya idman növü kimi qalsın. BOK-dan olan bəzi dostlarımla bu barədə dəfələrlə söhbətlərimiz olub və onların əksəriyyəti güləşin Olimpiya proqramında qalmasının tərəfdarıdır. Düşünürəm ki, güləş Olimpiya proqramından çıxarılmayacaq”, - deyə Rusiya Prezidenti bildirib.