"Köhnə qitə nəhəngləri" xeyriyyə aksiyasına hazırlaşır

"Köhnə qitə nəhəngləri" xeyriyyə aksiyasına hazırlaşır

İspaniyanın “Real”, Almaniyanın “Bavariya” və İtaliyanın “İnter”​ komandaları 2021-ci ildə “Avropa Həmrəylik Kuboku” adlı xeyriyyə futbol turnirində iştirak edəcəklər. Bu barədə klubların mətbuat xidməti məlumat yayıb.

Turnir təqvimdən asılı olaraq, 2021-ci ildə​ tamaşaçıların yenidən stadionda iştirak etməsi şərti ilə keçiriləcək. Toplanan vəsait İspaniya və İtaliyada tibb sahəsinin dəstəklənməsinə yönəldiləcək.Turnir bir dairəvi formatda keçiriləcək. “Real” “İnter” ilə Madriddə, “İnter” klubu “Bavariya” ilə Milanda, “Bavariya” və “Real” isə ​ Münhendə görüşəcəklər. Hər bir komanda doğma stadionda keçirilən oyunda stadiona bir neçə min tibb işçisini dəvət edəcək.

Qeyd edək ki, Almaniya çempionatı mayın 16-da bərpa olunub. İtaliya və İspaniya çempionatlarının yenidən başlaması isə iyunun ortalarında planlaşdırılır.