Koutinyo yenidən İngiltərəyə qayıda bilər

Koutinyo yenidən İngiltərəyə qayıda bilər

 

 

"Barselona"nın yarımmüdafiəçisi Filippe Koutinyu karyerasını İngiltərədə davam etdirə bilər.

Koutinyu "Mançester Yunayted"in maraq dairəsindədi. "Qırmızı şeytanlar"ın yaxın günlərdə təklif göndərəcəyi gözlənilir.

"Mançester Yunayted"lə yanaşı, digər ingilis klubları - "Çelsi", "Tottenhem" və "Liverpul" da braziliyalı futbolçu ətrafındakı situasiyanı yaxından izləyirlər.

Koutinyu 2019-cu ilin yayında 8,5 milyon avro icarə haqqı qarşılığında "Bavariya"ya keçmişdi. Cari mövsümdə Bundesliqada 22 matçda meydana çıxan 27 yaşlı oyunçunun aktivində 8 qol, 6 məhsuldar ötürmə var.

Koutinyunun "Barselona" ilə olan müqaviləsi 2023-cü ilin yayında başa çatır. "Bavariya" 120 milyon avro ödəyərək onun transfer hüquqlarını ələ keçirə bilər.