“Latsio”​ azarkeşlərin şəkillərini toplayır

“Latsio”​ azarkeşlərin şəkillərini toplayır

​İtaliyanın “Latsio” futbol klubu tribunalardan azarkeşlik edən insanları fotoşəkilləri ilə əvəz etmək qərarına gəlib. Bu barədə komandanın rəsmi saytında məlumat verilib.

Komandanın ictimaiyyətlə əlaqələr üzrə direktoru Stefano De Martino aksiyanın gələn həftə başlayacağını deyib. Onun sözlərinə görə, aksiyada iştirak etmək istəyənlər kluba öz şəkillərini göndərə bilərlər. Azarkeşlərin şəkilləri çap edilərək, “Latsio”nun doğma stadionunun tribunalarına yerləşdiriləcək.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

Bununla da, klub rəhbəri A seriyasında mövsümün bərpasından sonra futbolçulara və azarkeşlərə dəstək olmaq niyyətindədir. Qeyd olunub ki, koronavirus pandemiyası səbəbi ilə mart ayının əvvəlində dayandırılmış çempionat bərpa olunarsa, oyunlar​ tamaşaçısız​ keçiriləcək.