"Bavariya"​ Noyeri yola gətirə bildi

"Bavariya"​ Noyeri yola gətirə bildi

Bundesliqanın lideri​ "Bavariya" qapıçısı Manuel Noyerin müqaviləsini uzadıb.​ Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı qolkiperin klubla​ yeni razılığı 2023-cü ilin iyunun 30-dək​ nəzərdə tutulub.

 

Qeyd edək ki, almaniyalı futbolçu 2011-ci ildən Münhen klubunda çıxış edir.