Rusiyalı məşhur futbolçu COVİD-19a yoluxdu

Rusiyalı məşhur futbolçu COVİD-19a yoluxdu

Rusiyanın "Ural" klubunun futbolçusu Pavel Poqrebnyak koronavirusa yoluxub.

37 yaşlı təcrübəli hücumçunun testi müsbət nəticələnib. Komandanın digər üzvlərinin testləri mənfi olub.
Qeyd edək ki, Pavel Poqrebnyak Rusiya millisinin sabiq üzvüdür. O, ölkəsində "Dinamo" (Moskva), "Zenit" və "Spartak" (Moskva) klublarının formasını geyinib. Forvard İngiltərədə "Fulhem", "Ridinq", Almaniyada isə "Ştutqart"ın formasını geyinib. Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib.