Futbol matçında 12 min karton fanat

Futbol matçında 12 min karton fanat

Bundesliqanın 27-ci turu çərçivəsində "Bayer"lə oynanılacaq matç ərəfəsində Münhenqladbax "Borussiya"sının stadionunda 12 min ədəd karton fanat quraşdırılacaq.

Azarkeşlər 19 avro qarşılığında özlərinin kartondan düzəlmiş fiqurlarını tribunalarda yerləşdirmək imkanı əldə ediblər. Bu məbləğdən minimum 4 avro xeyriyyəçilik məqsədi ilə istifadə ediləcək. İndiyə kimi "Borussiya"ya 20 mindən çox müraciət daxil olub.

"Borussiya" - "Bayer" görüşü mayın 23-də Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Aktivində 52 xal olan Münhenqladbax​ təmsilçisi üçüncü sırada qərarlaşıb. Leverkuzenlilər isə 50 xalla beşincidi.