"Hakimlər ən güclüyə azarkeşlik edir"

"Hakimlər ən güclüyə azarkeşlik edir"

Sabiq FİFA referisi İturralde Qonsales ispan hakimlərin azarkeşliyi barədə danışıb.

Qonsales hakimlərin, əsasən 2 komandaya azarkeşlik etdiyini deyib. O, "Real” tərəfdarı olan hakimlərin çox olduğunu iddia edib:

 

"İspaniyalı hakimlərin "Real” və "Barselona”ya münasibəti necədir? 90 faizi "Real”a, 10 faizi isə "Barselona”ya azarkeşlik edir.

 

Bunun "Barsa”nın xoşuna gəlib-gəlməyəcəyini deyə bilmərəm. Ancaq məlumdur ki, Kataloniyanı çıxmaq şərtilə, əhalinin 70 faizi "Real” tərəfdarıdır.

Son vaxtlar "Barselona”nın tərəfdarlarının sayı artıb. Çünki gənclər Qvardiolanın qazandırdığı titullarla böyüdülər”.