"Ən yaxşı qapıçı mənəm"

"Ən yaxşı qapıçı mənəm"

Futbolçular həmişə çalışırlar ki, öz mövqelərində lider olsunlar. Azarkeşlərin diqqətini ən çox qol vuran futbolçular çəkirlər.​ Lakin komandanın qələbəsində hücumçuların vurduqları qol qədər, qapıçıların qurtarışları​ da əsas​ rol oynayır. "Yuventus"un qapıçısı Voytçex Şesni jurnalistlərə açıqlamasında bütün zamanların ən yaxşı qapıçısı olduğunu bildirib.​ " "Roma"da çıxış edərkən Alisson Bekker ikinci qapıçı idi. Hazırda​ "Yuventus"dayam. Bir vaxtlar tarixin ən yaxşılarından olan Canluici Buffon indi ikinci qapıçıdır. Nəticə etibarilə bütün zamanların ən yaxşı qapıçısı mənəm. Razılaşırsınız?", - deyə qapıçı bildirib.

Qeyd edək ki, Alisson Becker "Liverpul"un əsas qapıçısıdır. Brazilyalı qapıçı üçün ingilis klubu 2018-ci ildə "Roma"ya 72,5 milyon avro ödəyib. Bu bir qapıçı üçün ödənilmiş rekord məbləğ hesab edilir. Canluici Buffon isə 2001 - ci ildə "Parma"dan " Yuventus"a transfer olunub. İtaliyalı qolkiper 2018 - 2019 mövsümünü PSJ - də keçirib. Bir illik Paris macərasından sonra​ yenidən Turin klubuna qayıdıb.