Fransa futbolunda 223 milyonluq itki

Fransa futbolunda 223 milyonluq itki

Futbol üzrə Fransa çempionatının koronavirus pandemiyasına görə üzləşdiyi itkinin məbləği açıqlanıb.

Bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, çempionatın pandemiya səbəbindən itkisi azı 223 milyon avro təşkil edir.
Xatırladaq ki, mart ayında yarımçıq dayandırılan Liqa 1-də 2019/20 mövsümünün aprelin 30-da erkən başa çatdırılması barədə qərar qəbul olunub. Lider PSG isə çempion elan edilib.