Bundesliqa matçında​ 13 min süni azarkeş

Bundesliqa matçında​ 13 min süni azarkeş

Futbol üzrə Almaniya Bundesliqasının 27-ci turu çərçivəsində Münhenqladbax “Borussiya”sı ilə “Bayer” arasında keçirilən oyunu 13 min süni azarkeş “izləyib”.

“Borussiya Park” stadionunda kartondan 13 min tamaşaçı qurulub. Onların əsas hissəsi qapı arxasında yerləşdirilib.

Qeyd edək ki, Bundesliqada oyunlar koronavirus pandemiyası ilə əlaqədar azarkeşsiz keçirilir. “Borussiya” 13 minlik “dəstəyə” rəğmən “Bayer”ə 1:3 hesabıyla məğlub olub.