La Liqanın başlayacağı tarix dəqiqləşdi

La Liqanın başlayacağı tarix dəqiqləşdi

İspaniya Kral Futbol Federasiyasının prezidenti Xavyer Tebas ölkə çempionatının bərpa tarixini açıqlayıb.

Martda koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış La Liqa iyunun 11-də qaldığı yerdən davam edəcək.

İlk görüş isə "Betis" - "Sevilya" derbisi olacaq.

Qeyd edək ki, daha əvvəl İspaniyanın baş naziri Pedro Sançes çempionatın iyunun 8-də bərpa oluna biləcəyini söyləyib.