"Sevilya"nın futbolçuları karantin qaydalarını pozdular

"Sevilya"nın futbolçuları karantin qaydalarını pozdular

"Sevilya"nın futbolçuları karantin şərtlərini pozub.

Əndəlüs klubunun 4 oyunçusu qaydalara əməl etməyib.

Bunlar Franko Vaskes, Lukas Okampos, Luk de Yonq və Ever Baneqadır. Baneqanın həyat yoldaşı çimərlikdə 12 nəfərin masa arxasında əyləşib əyləndiyini əks etdirən şəkli sosial şəbəkə vasitəsilə paylaşıb. İspaniya hökumətinin tətbiq etdiyi qaydaya görə, koronavirus pandemiyası dönəmində 10 nəfərdən artıq insan bir araya gələ bilməz.