Katalon klubu maska satışına başladı

Katalon klubu maska satışına başladı

"Barselona" dəfələrlə istifadə edilə bilən maskaların satışına başlayıb.

Maskalar qoruyucu xüsusiyyətlərini itirmədən 40 dəfə yuyula bilir. Üç dizaynı olan maskalar uşaqlar və böyüklər üçün üç fərqli ölçüdə mövcuddur.
Bir maskanın qiyməti 18 avrodur.
Klub gələcəkdə daha ucuz qiymətə və digər məqsədlər üçün istifadə olunacaq maska növü satışa çıxarmağı planlaşdırır.