Qapıçının taleyini azarkeşlər həll edəcək

Qapıçının taleyini azarkeşlər həll edəcək

Şotlandiyanın "Livinqston" klubu futbolçusu Qeri Meylinin komandadakı taleyini müəyyənləşdirmək üçün qeyri-adi üsula əl atıb.

Şəhərin eyniadlı təmsilçisi bu məqsədlə azarkeşlərə müraciət edib.
Klub müqaviləsi başa çatan 38 yaşlı qapıçının komandada qalıb-qalmaması barədə rəsmi "Twitter" səhifəsində tərəfdarlar arasında sorğu keçirib.
Təcrübəli oyunçu ilə bağlı yekun qərarın səsvermənin nəticəsinə uyğun qəbul ediləcəyi bildirilib.
Qeyd edək ki, Şotlandiya çempionatında cari mövsüm koronavirus pandemiyası səbəbindən ləğv olunub.