"Barselona"​ "Tottenhem"ə şərt qoyub

"Barselona"​ "Tottenhem"ə şərt qoyub

İngiltərə klubu "Tottenhem" Filip Koutinyonu icarə əsasında heyətinə cəlb etmək istəyir. Bunun üçün London təmsilçisi "Barselona"nın şərtləri ilə razılaşmalıdır. Kataloniyalılar isə "sambaçı"nı məcburi transfer məbləğində icarəyə vermək istəyir.

Qeyd edək ki, Fillip Koutinyo 2018 - ci ildə "Liverpul"dan "Barselona"ya transfer olunub. Bir mövsüm Kataloniya klubunda keçirən futbolçu 2019-cu ildən icarə əsasında "Bavariya"nın uğurları üçün çalışır.