Daha bir futbolçu vəfat etdi

Daha bir futbolçu vəfat etdi

İngiltərənin "Morkamb" klubunun futbolçusu Kristian Mbulu dünyasını dəyişib. 4-cü liqa təmsilçisinin rəsmi saytının verdiyi xəbərə görə, yerli oyunçu 24 yaşında qəflətən vəfat edib.

Hələlik müdafiəçinin ölümünün səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Kristian Mbulu karyerası ərzində "Morkamb"dan əlavə, İngiltərədə "Brentford", "Milluoll", "Kanvi-Aylend", "Breyentri Taun", "Kryu Aleksandra", həmçinin Şotlandiyada "Moteruell" klublarının formasını geyinib.