İbrahimoviç üçün 10 gün​

İbrahimoviç üçün 10 gün​

İtaliyanın “Milan” futbol klubunun forvardı Zlatan İbrahimoviç bir ay meydana çıxa bilməyəcək. Bu barədə “Sky Sport Italia” xəbər verib.

Mənbənin məlumatına görə, buna səbəb 38 yaşlı isveçlinin ayağından zədə almasıdır. 10 gündən sonra futbolçu əlavə müayindən keçəcək.​
Qeyd edək ki, cari mövsümdə Zlatan “Milan”da on matç keçirib və dörd qolun müəllifi olub.