Daha bir futbol yarışı təxirə salınır

Daha bir futbol yarışı təxirə salınır

Koronavirus pandemiyası daha bir nüfuzlu idman turnirinin təxirə salınmasına səbəb olub. Afrika Millətlər Kuboku təxirə salınacaq. Afrika Futbol Konfederasiyası bu barədə qərarını yaxın günlərdə rəsmən açıqlayacaq. 2021-ci ilin yanvarında Kamerunda təşkil olunması planlaşdırılan yarış bir il sonraya keçiriləcək.