Premyer Liqa: yoluxma davam edir

Premyer Liqa: yoluxma davam edir

Futbol üzrə İngiltərə Premyer Liqasında klubların futbolçuları və əməkdaşları növbəti dəfə koronavirus testindən keçiriliblər.

Aparılan testlərdən 1008 futbolçu və əməkdaş keçib. Onlardan 4 nəfərində yeni növ koronavirus aşkarlanıb.
Koronavirus aşkarlanan şəxslərin adları və məxsus olduqları klubların adları açıqlanmır.
Qeyd edək ki, 17-18 may və 19-22 may tarixlərində klubların bir sıra futbolçusu və əməkdaşı koronavirus testindən keçirilib. İlk məthələdə 6 yoluxma halı, ikinci mərhələdə isə 2 yoluxma halı qeydə alınıb.