""Real" lider olsaydı, mövsümü erkən başa çatdırardılar"

""Real" lider olsaydı, mövsümü erkən başa çatdırardılar"

"Barselona"nın sabiq prezidenti Coan Qaspart La Liqanın taleyi ilə bağlı açıqlama verib.

75 yaşlı funksioner qeyd edib: "Çempionat dayandırıldığı ərəfədə turnir cədvəlində "Barselona" yox, "Real" lider olsaydı, mövsümü erkən başa çatdırardılar".
27 turda sona aktivində 58 xal olan "Barselona" liderdi. İkinci "Real"ın 56 xalı var.
Qeyd edək ki, La Liqanın 11 iyunda bərpa ediləcəyi gözlənilir.