Turin "Yuventus"unun hücumçusu Paulo Dibala koronavirus pandemiyası ilə mübarizədə kömək üçün Argentina xəstəxanalarına 160 min avro məbləğində ianə edib. Bu barədə “La Gazzetta dello Sport” bildirib.
"Paulo Rouson, San-Roke Florensio Dias xəstəxanalarına avadanlığın alınması üçün ianə edib. Artıq hər şey alınıb. Paulo Kordova əyalətinin naziri ilə əlaqədədir. Bir neçə gün sonra hər şey göndəriləcək", - hücumçunun qardaşı Qustavo bildirib.
İyirmi altı yaşlı Dibala Kordova əyalətinə məxsus Laquna-Larqa şəhərindəndir. O, cari mövsümdə İtaliya çempionatının 24 matçında (17 matçda əsas heyətdə - red) iştirak edərək yeddi qol vurub və dörd məhsuldar ötürmə edib.