İsveçdə idman yarışlarının keçirilməsinə icazə verildi

İsveçdə idman yarışlarının keçirilməsinə icazə verildi

İsveçdə iyunun 14-dən etibarən peşəkar idman növləri və futbol matçları bərpa ediləcək.

Hökumətin verdiyi qərara əsasən bütün yarışlar azarkeşsiz keçiriləcək.

Mətbuat konfransına qatılan daxili işlər naziri Mikael Damberq hələ ki 50-dən çox insanın bir yerə toplaşa bilməyəcəyini bildirib. O, azarkeşləri idman klublarında və restoranlarda toplaşmamağa çağırıb.

Qeyd edək ki, futbol üzrə İsveç çempionatında yeni mövsüm aprelin 17-də başlamalı olsa da, koronavirusa görə təxirə salınıb. Daha əvvəl liqanın iyunun 14-də başlayacağı ilə bağlı qərar verilib.