Polşali qapıçı​ ağır yol qəzası keçirdi

Polşali qapıçı​ ağır yol qəzası keçirdi

PSJ-nin 20 yaşlı qapıçısı Martsin Bulka ağır yol qəzasına düşüb.

Hadisə Polşanın Vışoqrud şəhəri yaxınlığında baş verib. Polşalı qolkiper xəsarət almayıb. Amma onun kirayələdiyi "Lamborghini Huracan Evo Spyder” maşını ciddi zərər görüb.

Məlumata görə, Bulka sürət həddini aşıb və qarşıdan gələn "Hyundai” avtomobili ilə toqquşub. Nəticədə həmin maşının 56 yaşlı sürücüsü və sərnişini xəstəxanaya çatdırılıb. Tibbi müayindən sonra isə evə buraxılıblar. Qəzanın iştirakçılarından heç biri sərxoş olmayıb.