Avropanın ən dəyərli klubları

Avropanın ən dəyərli klubları

KPMG Avropanın ən bahalı futbol klublarının adlarını açıqlayıb.

Auditor şirkəti hesablamanı 2020-ci ilə əsasən aparıb.

Madrid "Real"ı bu baxımdan ən reytinqli klub olub. İspaniya nəhənginin dəyəri 3 milyard 478 milyon avrodur. Onu 3 milyard 342 milyon avro ilə "Mançester Yunayted" izləyib. Siyahıda ilk iki yer ötənilki kimi qalıb. Üçüncü pillədə isə "Barselona" qərarlaşıb.

Avropanın ən dəyərli 20 klubu:

1. "Real" (İspaniya) - 3,478 milyard avro

2. "Mançester Yunayted" (İngiltərə) - 3,342 milyard

3. "Barselona" (İspaniya) - 3,193 milyard

4. "Bavariya" (Almaniya) - 2,878 milyard

5. "Liverpul" (İngiltərə) - 2,658 milyard

6. "Mançester Siti" (İngiltərə) - 2,606 milyard

7. "Çelsi" (İngiltərə) - 2,218 milyard

8. "Tottenhem" (İngiltərə) - 2,067 milyard

9. PSJ (Fransa) - 1,911 milyard

10. "Arsenal" (İngiltərə) - 1,852 milyard

11. "Yuventus" (İtaliya) - 1,735 milyard

12. "Borussiya" (Dortmund, Almaniya) - 1,281 milyard

13. "Atletiko" (İspaniya) - 1,197 milyard

14. "İnter" (İtaliya) - 983 milyon

15. "Şalke" (Almaniya) - 814 milyon

16. "Roma" (İtaliya) - 602 milyon

17. "Napoli" (İtaliya) - 590 milyon

18. "Vest Hem" (İngiltərə) - 561 milyon

19. "Lester" (İngiltərə) - 558 milyon

20. "Lion" (Fransa) - 543 milyon