AFFA klubları bir yerə toplayır

AFFA klubları bir yerə toplayır

Mayın 31-də AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

Saat 12.00-da başlayacaq iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək.

Toplantıda Premyer Liqa klublarının məşqlərinin və oyunlarının mümkün bərpası müzakirə olunacaq.

Qeyd edək ki, iyunun 1-dən etibarən açıq havada idman yarışlarının təşkilinə icazə verilib.