"Atletiko"nun futbolçusu​ həbs oluna bilər

"Atletiko"nun futbolçusu​ həbs oluna bilər

İspaniyanın "Atletiko" klubunun futbolçusu Dieqo Kosta vergidən yayınmaqda ittiham olunur.

Prokuror 32 yaşlı hücumçu üçün 6 ay həbs və 500 min avrodan çox pul cəzası tələb edib.

Bu iş üzrə məhkəmə prosesi iyunun 4-ə təyin edilib.

Qeyd edək ki, Dieqo Kosta 2019/2020 mövsümündə 19 matçda iştirak edib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Mart ayında koronavirusa görə dayandırılan İspaniya La Liqası iyunun 11-də qaldığı yerdən davam edəcək.