Futbolçu koronavirusdan vəfat etdi

Futbolçu koronavirusdan vəfat etdi

Boliviyanın aşağı divizionlarından birində çıxış edən "Universitario Del Beni" klubunun oyunçusu Deybert Frans Roman Quzman dünyasını dəyişib.

Boliviya Futbol Federasiyasının "Twitter" hesabında yer alan xəbərə görə 25 yaşlı futbolçu koronavirusdan vəfat edib. Daha əvvəl onun atası, "Universitario Del Beni"nin keçmiş prezidenti - Belizario Roman və dayısı, yerli "Deportivo" klubunun meneceri olan Karmelo Romanda COVID-19 aşkarlanmışdı.

Onların hər üçü Benidə yaşayırdılar. Bura Boliviyada epidemioloji vəziyyətin ən ağır olduğu regiondu.