İspaniya və İngiltərədən sonra İtaliya

İspaniya və İngiltərədən sonra İtaliya

"Çelsi"nin yarımmüdafiəçisi Pedro Rodrigez karyerasını İtaliyada davam etdirə bilər.

"Yuventus" oyunçunun xidmətində maraqlıdır.

Turin təmsilçisinin baş məşqçisi Mauritsio Sarri ötən mövsüm London klubunda çalışdığı ispaniyalı forvardın heyətə cəlb edilməsini istəyir. 32 yaşlı futbolçuya Qətər klublarından da təkliflərinin olduğu bildirilir.

Pedronun London təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. O, cari mövsüm “zadəganlar"ın heyətində 18 matçda çıxış edib və iki qol vurub.