FİFA-dan federasiyalara yeni təlimat

FİFA-dan federasiyalara yeni təlimat

FİFA dünyanın bütün ölkələrinin futbol federasiyalarına təlimat göndərib.

Həmin sənəddə hər bir insan sağlamlığının vacibliyinə önəm verilməsi vurğulanıb.

Ali futbol qurumu koronavirus pandemiyasına qarşı peyvənd tapılana qədər futbolda sərt sanitariya standartlarının qüvvədə qalacağını xəbərdar edib. Həmçinin bəzi məsləhətlər də verilib: gigiyena qaydalarına riayət, fiziki məsafənin qorunması, düzgün qidalanma, lazımsız səfərlərdən qaçmaq.