Premyer Liqanın ən yaxşıları

Premyer Liqanın ən yaxşıları

"Squawka" portalı İngiltərə Premyer Liqasının tarixinin ən yaxşı mərkəzi müdafiəçilərin reytinqini dərc edib.

Siyahının ilk pilləsində "Çelsi"nin sabiq kapitanı Con Terri qərarlaşıb. "Mançester​ Yunayted"in sabiq oyunçusu​ Rio Ferdinand ikinci olub. Üçüncü pillədə isə "Tottenhem", "Arsenal"ın sabiq oyunçusu Sol Kempbell yer alıb.

Hazırda karyerasını davam etdirən oyunçulardan siyahıya təkcə Vensan Kompani ("Mançester Siti"nin sabiq futbolçusu, hazırda "Anderlext"də oynayır) və Virgil van Diyk ("Liverpul") düşüb.

"Squawka"​ versiyasına görə İngiltərə Premyer Liqası tarixinin ən yaxşı mərkəzi müdafiəçilərinin "Top-15"i:

1. Con Terri ("Çelsi")

2. Rio Ferdinand ("Vest Hem", "Lids", "Mançester Yunayted", QPR)

3. Sol Kempbell ("Tottenhem", "Arsenal", "Portsmut")

4. Toni Adams ("Arsenal")

5. Nemanya Vidiç ("Mançester Yunayted")

6. Hari Pallister ("Mançester Yunayted", "Midlsbro")

7. Rikardu Karvalyu ("Çelsi")

8. Stiv Bryus ("Mançester Yunayted")

9. Vensan Kompani ("Mançester Siti")

10. Virgil van Diyk ("Sauthempton", "Liverpul")

11. Yap Stam ("Mançester Yunayted")

12. Ceymi Karraqer ("Liverpul")

13.Sami Hyyupya ("Liverpul")

14. Kolo Ture ("Arsenal", Mançester Siti", "Liverpul")

15. Ledli Kinq ("Tottenhem")