Çempion çempionatdan uzaqlaşdırıldı

Çempion çempionatdan uzaqlaşdırıldı

Qazaxıstanın “İrtış” klubu ölkə çempionatındakı çıxışını dayandırıb.

Bununla bağlı klub liqa rəhbərliyinə müraciət edib.

Klubun maddi öhdəlikləri yerinə yetirə bilmədiyi üçün çempionatda iştirakdan imtina etmək qərarına gəldiyi vurğulanıb. Buna görə "İrtış" çempionatdan uzaqlaşdırılıb.

Qeyd edək ki, “İrtış” beşqat Qazaxıstan çempionu və bir dəfə ölkə kubokunun qalibi olub.