İngiltərə futbolunda yoluxma səngimir

İngiltərə futbolunda yoluxma səngimir

İngiltərə Futbol Liqası Çempionşipdə son koronavirus testlərinin nəticələrini dərc edib.

Yoxlama prosesindən 24 klubun 1 058 futbolçusu keçib. Həmin testlərin 10-u müsbət çıxıb.

Adları açıqlanmayan oyunçular və klub əməkdaşları özünütədric rejiminə göndəriləcək, daha sonra təkrarən yoxlanılacaqlar.

Qeyd edək ki, testin ilk mərhələsi zamanı Çempionşipdə 7 yoluxma aşkarlanmışdı.