“İlk oyunu səbirsizliklə gözləyirik”

“İlk oyunu səbirsizliklə gözləyirik”

Madrid​ “Real”ının braziliyalı​ müdafiəçisi Marselo koronavirus pandemiyası səbəbi ilə fasilə verilən İspaniya çempionatının 2019-2020 mövsümünün bərpa olunmasına dair verilən məlumatları şərh edib.

“Bizdə heç vaxt məşqlərdə belə uzun fasilə olmayıb. Futbol oynamaq istəyimiz daha da artıb. Bilirik ki, çempionat tezliklə bərpa olunacaq və buna görə ilk oyunu səbirsizliklə gözləyirik. Komanda oyunçuları tam sağlamdırlar və məşq prosesi yüksək səviyyədədir. Biz əvvəlki ritmə qayıtmağa başlayırıq”,​ -​ deyə o, vurğulayıb.

Qeyd edək ki, İspaniya çempionatı iyunun 11-də bərpa olunacaq.